Rusiyada Fransa vətəndaşı 3 il müddətinə azadlıqdan məhrum edilib - YENİLƏNİB

Rusiyada Fransa vətəndaşı 3 il müddətinə azadlıqdan məhrum edilib  - YENİLƏNİB
# 14 oktyabr 2024 17:58 (UTC +04:00)

Rusiyada həbsdə olan Fransa vətəndaşı Loran Vinatyenin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vinatye 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Loran Vinatye bu ilin iyunun əvvəlində Moskva restoranlarından birində saxlanılıb. İstintaqın məlumatına görə, o, bir neçə il ərzində xarici agentlərin reyestrinə daxil olmaqdan yayınıb və lazımi sənədləri təqdim etməyib.

Rusiya FTX Vinatyenin İsveçrə Humanitar Dialoq Mərkəzinin əməkdaşı olduğunu, əslində bu təşkilatın əməkdaşlarının ölkədəki vəziyyətlə bağlı “həssas məlumatlar”ı topladıqlarını açıqlayıb.

***

15:43

Rusiyada həbsdə olan Fransa vətəndaşı Loran Vinatyenin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, prosesdə çıxış edən dövlət ittihamçısı Vinateynin cəzasını koloniya rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Loran Vinatye bu ilin iyunun əvvəlində Moskva restoranlarından birində saxlanılıb. İstintaqın məlumatına görə, o, bir neçə il ərzində xarici agentlərin reyestrinə daxil olmaqdan yayınıb və lazımi sənədləri təqdim etməyib.

Rusiya FTX Vinatyenin İsveçrə Humanitar Dialoq Mərkəzinin əməkdaşı olduğunu, əslində bu təşkilatın əməkdaşlarının ölkədəki vəziyyətlə bağlı “həssas məlumatlar”ı topladıqlarını açıqlayıb.

Xatırladaq ki, Vinatyenin Rusiyanın hərbi fəaliyyəti haqqında məlumat toplamaqda günahını etiraf etdiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR