Rusiyanın Çelyabinsk vilayətində Mi-8 helikopteri qəzaya uğrayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, helikopterdə dörd nəfər olub və hamısı ölüb.
Hadisə Sosnovski rayonunun Prudnı kəndi yaxınlığında baş verib.
TASS Çelyabinsk vilayətində qəzaya uğrayan helikopterin Federal Təhlükəsizlik Xidmətinə (FTX) məxsus olduğu barədə məlumat yayıb.