Rusiyada geyim bazarında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-1

Rusiyada geyim bazarında yanğın söndürülüb - VİDEO  - YENİLƏNİB-1
# 01 dekabr 2023 04:34 (UTC +04:00)

Rostovdakı Temernik bazarında baş verən yanğın təxminən dörd min kvadrat metr ərazini əhatə edib.

APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Rusiya Federasiyasının Rostov vilayəti üzrə baş idarəsi məlumat yayıb.

"Bazarda yanğın söndürülüb", - qurumdan bildirib.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi “Temernik” bazarında baş verən yanğın zamanı xəsarət alanların olmadığını bildirir.

***

01.25

Rostovda yanğınsöndürənlərə kömək üçün polis və xüsusi təyinatlılar (OMON) Temernik bazarına yeridilib.

APA-nın məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə mətbuat xidməti məlumat yayıb.

Polis yanğınsöndürənlərin təhlükəsizliyini və ictimai asayişi təmin etmək üçün cəlb olunub. Bundan əlavə, yol polisi dəstələri yanğınsöndürənlərə əlavə qüvvə gəlməsi üçün şərait yaradacaq.

Yol polisi bazarın yaxınlığındakı küçələri bağlayıb.

Bazarın direktoru Şamil Karabaşev bildirib ki, ticarət pavilyonlarında yanğın sahəsi 3 min kvadrat metri ötüb.

Bazar direktorunun sözlərinə görə, bütün ticarət pavilyonlarında iki-üç yanğınsöndürən balon olub. Ticarət mərkəzlərinə dəymiş ziyanın həcmi hələ müəyyən edilməyib.

***

23.39

Rusiyanın Rostov vilayətinin ən böyük geyim bazarı "Temernik" yanır.

APA Rusiya KİV-ə istinadla xəbər verir ki, yanğın sahəsi 1500 kvadrat metrdən çoxdur. İlkin məlumata görə, yanğın ticarət pavilyonlarından birində başlayıb, sonra digərlərinə keçib.

Yanğın baş verən əraziyə Rusiya Qvardiyası cəlb olunacaq, çünki ticarətçilər yanğınsöndürənlərin işinə mane olurlar. Onlar mallarını xilas etməyə çalışırlar.

Yerli sakinlər bazarda “partlayış səsləri” eşitdiklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR