Bank Of Baku

Rusiyada göyərtəsində 22 nəfər olan helikopter radarlardan itib - YENİLƏNİB

Rusiyada göyərtəsində 22 nəfər olan helikopter radarlardan itib  - YENİLƏNİB
# 31 avqust 2024 11:20 (UTC +04:00)

Kamçatkada radardan itən helikopterin göyərtəsində 22 nəfər olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya məlumat yayıb.

Bildirilib ki, 22 nəfər arasında üç ekipaj üzvü və 19 sərnişin var. “112” teleqram kanalı Mi-8-də turistlərin ola biləcəyini yazıb.

Rusiya İstintaq Komitəsi Mi-8 helikopterinin Kamçatkada Vaçkajets vulkanı yaxınlığında yoxa çıxdığını, hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

***

10:49

Rusiyanın Kamçatka vilayəti ərazisində “Mi-8” helikopteri yoxa çıxıb.

APA-nın “interfax.ru”ya istinadən xəbərinə görə, Yelizovsk rayonunun Nikolayevka qəsəbəsinə istiqamətlənən “Vityaz Aero” adlı helikopter bir neçə dəqiqədən sonra radarlardan itib.

Hazırda onun tapılması istiqamətində tədbirlərin görüldüyü bildirilib.

Qeyd edək ki, onun göyərtəsində iki pilot və bir nəfər mühəndis olub.

Fərid Əkbərov

Fərid Azəri

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR