Bank Of Baku

Rusiyada gözlənilən ömür uzunluğu 3,3 il azalıb

Rusiyada gözlənilən ömür uzunluğu 3,3 il azalıb
# 19 oktyabr 2022 13:45 (UTC +04:00)

Rusiyada gözlənilən ömür uzunluğu 3,3 il azalıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili və sanatoriya işləri departamentinin direktor müavini Valeriya Qulşina Xərçəng Xəstələrinin 7-ci Ümumrusiya Konqresində bildirib.

"Təəssüf ki, koronavirus pandemiyası bizi bir qədər geri saldı və son iki il ərzində biz gözlənilən ömür uzunluğundan cəmi 3,3 il itirdik", - deyə Qulşina vurğulayıb.

Səhiyyə Nazirliyinin nümayəndəsi onu da xatırladıb ki, Prezidentin milli məqsədlər haqqında fərmanına əsasən, 2030-cu ilə qədər Rusiyada gözlənilən ömür uzunluğu 78 yaşa çatmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR