Bank Of Baku

Rusiyada hava limanında təyyarə maşınla toqquşub

Rusiyada hava limanında təyyarə maşınla toqquşub
# 20 dekabr 2022 13:05 (UTC +04:00)

Rusiyanın Maqadan vilayətinin hava limanında təyyarə maşınla toqquşub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Maqadanın Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Maqadan hava limanında təyyarələrin dayanacağında "Maqadan Hava Limanı" ASC-nin xüsusi iaşə maşını Maqadan-Keperveem marşrutu üzrə havaya qalxmağa hazırlaşan "İrAero" aviaşirkətinin AN-24 təyyarəsi ilə toqquşub. Toqquşma nəticəsində təyyarənin sol qanadı zədələnib. Sərnişinlər ehtiyat təyyarə ilə təyinat yerinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR