Bank Of Baku

Rusiyada hərbi çağırışdan yayınan şəxslərin avtomobil idarə etmək hüququ məhdudlaşdırılacaq

Rusiyada hərbi çağırışdan yayınan şəxslərin avtomobil idarə etmək hüququ məhdudlaşdırılacaq
# 11 aprel 2023 16:59 (UTC +04:00)

Rusiya Dövlət Duması sonuncu üçüncü oxunuşda hərbi mükəlləfiyyətli vətəndaşların vahid reyestri haqqında qanunu qəbul edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, qanun layihəsi Dumanın bu gün keçirilən plenar iclasında qəbul olunub.

Yeni qanuna əsasən hərbi qeydiyyat reyestri avtomatik rejimdə formalaşdırılacaq. Qanun ənənəvi çağırış vərəqlərinin elektron formada təkrarlanmasının mümkünlüyünü nəzərdə tutur. Hərbi xidmətə çağırılacaq vətəndaşlardan çağırış vərəqələrinin alınmasının tələb olunduğunu aydınlaşdırır.

Çağırış vərəqələri vətəndaşlara yazılı surətdə qəbz qarşılığında, alınması barədə bildirişlə sifarişli poçt göndərişi ilə, eləcə də elektron formada göndərilə bilər.

Çağırış vərəqəsi almış vətəndaşların hərbi komissarlığa getməmişdən əvvəl ölkədən çıxışına qadağa qoyulacaq.

Qanundakı yeniliklər arasında çağırışdan yayınan şəxslərin çağırış vərəqəsini aldığı gündən 20 gün ərzində hərbi komissarlığa getmədiyi təqdirdə avtomobili idarə etmək hüququnun məhdudlaşdırılması da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR