Bank Of Baku

Rusiyada hərbi hissədə partlayış baş verib, üç hərbçi ölüb, 16 nəfər yaralanıb

Rusiyada hərbi hissədə partlayış baş verib, üç hərbçi ölüb, 16 nəfər yaralanıb
# 15 yanvar 2023 16:47 (UTC +04:00)

Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə partlayış baş verib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, partlayış rusiyalı hərbçinin qumbara partlatması nəticəsində baş verib.

Yanvarın 14-də tağım komandiri, baş çavuş RQD-5 əl qumbarasını partladıb. Nəticədə hərbi hissədə olan silah-sursat anbarında yanğın və partlayış baş verib. Yanğın sahəsi 450 kv.m olub. Partlayış nəticəsində, ilkin məlumatlara görə, üç hərbçi ölüb, 16 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR