İrkutskda “Su-30” qırıcı təyyarəsinin fərdi yaşayış evinin üzərinə düşməsi nəticəsində təyyarənin iki pilotu həlak olub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Əhali arasında itki yoxdur.
**
saat 14.50
Rusiyada hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşüb
APA-nın TAAS-a istinadən verdiyi xəbərə görə, hərbi təyyarə İrkutskda ikimərtəbəli evin üzərinə düşüb.
İrkutsk vilayətinin qubernatoru İqor Kobzyev “Telegram”-da paylaşımında bildirib ki, ilkin məlumata əsasən, “Su-30” qırıcısı bu gün İrkutskda ikimərtəbəli evin üzərinə düşüb, hazırda o, hadisə yerinə gedir.
Yanğın 200 kv.m ərazini əhatə edib.