Bank Of Baku

Rusiyada hərbi xidmətdən yayınan əcnəbi əsilli şəxslərin vətəndaşlığının ləğv olunması təklif olunub

Rusiyada hərbi xidmətdən yayınan əcnəbi əsilli şəxslərin vətəndaşlığının ləğv olunması təklif olunub
# 28 avqust 2023 14:52 (UTC +04:00)

Hərbi xidmətdən yayınan əcnəbi əsilli şəxslərin Rusiya vətəndaşlığı ləğv oluna bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Dövlət Dumasının kommunist fraksiyasından olan deputatı Mixail Matveev parlament palatasına Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilmiş şəxsin hərbi öhdəlikdən, səfərbərlik yayınması və ya hərbi qeydiyyat şərtləri ilə qərarı pozmasına görə vətəndaşlığa xitam verilməsi haqqında qanun layihəsi təqdim edib.

Sənəd Dumanın məlumat bazasında yerləşdirilib.

Millət vəkili sənədin izahat yazısında qeyd edib ki, Rusiya vətəndaşlığını qəbul etmiş əcnəbilər çox vaxt Rusiya vətəndaşlığının təkcə hüquqlar deyil, həm də müvafiq hərbi öhdəliklər tələb etməsi faktına məhəl qoymadan hərbi qeydiyyatdan yayınırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR