Bank Of Baku

Rusiyada hindistanlı məmura hücum planlaşdıran İŞİD terrorçusu saxlanılıb

Rusiyada hindistanlı məmura hücum planlaşdıran İŞİD terrorçusu saxlanılıb
# 22 avqust 2022 11:55 (UTC +04:00)

Rusiyada Hindistanın hakim dairələrinin nümayəndələrindən birinə qarşı terror aktı planlaşdıran İŞİD terrorçu-kamikadzesi saxlanılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

“Rusiya FSB-si Hindistanın hakim dairələrinin nümayəndələrindən birinə qarşı terror aktı planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı olan ölkədə fəaliyyəti qadağan edilmiş “İŞİD” beynəlxalq terror təşkilatının üzvünü müəyyən edib və saxlayıb", - deyə FSB-nin məlumatında bildirilib.

Qeyd olunub ki, aprel-iyun aylarında həmin şəxs Türkiyədə olarkən İŞID liderlərindən biri tərəfindən kamikadze kimi ələ alınıb. Həmin şəxs məsafədən “Telegram”ın köməyi vasitəsi ilə və İstanbulda şəxsi görüşlərdə zamanı ələ alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR