Bank Of Baku

Rusiyada hücum təyyarəsi qəzaya uğrayıb, pilotların aqibəti bəlli deyil - YENİLƏNİB

Rusiyada hücum təyyarəsi qəzaya uğrayıb, pilotların aqibəti bəlli deyil - YENİLƏNİB
# 03 sentyabr 2019 16:02 (UTC +04:00)

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Şimali Qafqazda qeydə alınıb.

Su-25UB tipli hücum təyyarəsinin qəzaya uğradığı bildirilir.   

Təyyarənin hər iki pilotu katapult edib. Onların taleyi hələlik məlum deyil.

Rusiya Müdafiə Nazirliyi qəza barədə məlumat yayıb. Məlumatda bildirilir ki, sentyabrın 3-də Stavropol diyarında planlaşdırılmış təlim-məşq uçuşu zamanı Su-25UB tipli təyyarə qəzaya uğrayıb. Hazırda xilasedicilər iki pilotun axtarışını davam etdirir. Uçuş döyüş komplekti olmadan icra edilib. Təyyarə insan olmayan əraziyə düşüb, yerdə dağıntı baş verməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR