Rusiyanın Xabarovsk diyarında içərisində 25 sərnişin olan "PAZ" markalı sərnişin avtobusu aşıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, Moskva vaxtı ilə 04.25-də baş verən hadisə Amursk-Komsomolsk-Amur avtomobil yolunun 5-ci kilometrində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin regional qərargahından bildirilib ki, qəza nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan 6-nın tibbi yardıma ehtiyacı olub, bir qadın xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, Voznesenovskoye kəndindən Amursk şəhəri istiqamətində hərəkətdə olan avtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxıb və nəqliyyat vasitəsi aşıb.