Bank Of Baku

Rusiyada iki qatar toqquşub, yaralılar var

Rusiyada iki qatar toqquşub, yaralılar var
# 22 noyabr 2023 18:33 (UTC +04:00)

Rusiyanın Ulyanovsk vilayətində iki qatar toqquşub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə RT-yə Bryandinski kənd yaşayış məntəqəsi administrasiyasının rəhbəri vəzifəsini icra edən Aleksandr Korotin məlumat verib.

Bildirilib ki, Adler-Perm istiqamətindən hərəkət edən sərnişin qatarı ilə manevr qatarı toqquşub. Fövqəladə hadisə Kuybışev dəmir yolunun 962 km-də baş verib. Qəza nəticəsin itki olmayıb.

Rusiya Dəmir Yollarından isə bildirib ki, 25 sərnişin, o cümlədən biri yeniyetmə olmaqla xəsarət əlamətləri ilə həkimə müraciət edib.

Rusiya İstintaq Komitəsinda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR