Rusiyada ilk dəfə olaraq insulinlərə halal sertifikatı verilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, “Gerofarm” şirkətinin istehsal etdiyi insulinlər halal standartlara uyğunluğunu təsdiq edən sertifikat alıb.
Şirkətinin baş direktoru Sergey Şulyakın sözlərinə görə, bunlar Rusiya əczaçılıq sənayesində belə bir sertifikat alan ilk insulinlərdir: "Rusiya Müftilər Şurası Gerofarm portfelində olan bütün insulinləri və onların istehsal olunduğu maddələrin Halal standartlarına uyğunluğunu sertifikatlaşdırıb. Sertifikat 2026-cı ilin sonuna qədər etibarlı olacaq".
Bildirilib ki, istehsalında yalnız dini normalara uyğun olaraq icazə verilən inqrediyentlərdən istifadə olunan dərmanlar halal sayılır. Belə ki, dərmanların tərkibində spirt və müsəlmanlar üçün haram olan digər maddələr, məsələn, donuzların qan və toxuma hüceyrələri olmamalıdır.
Bundan əlavə, İslam qanunlarına uyğun olaraq öldürülməyən heyvan hüceyrələrindən hazırlanan dərmanlar halal sayıla bilməz.
"İslama ibadət edən xəstələrin qorxuları və həyacanı daha çox insulin istehsalının hekayəsi ilə bağlıdır. Donuz hormonunun quruluşu insan hormonuna ən yaxın olduğundan yeni doğulmuş donuz balalarının mədəaltı vəzindən ifraz olunan insulindən ötən əsrin 80-ci illərinədək dərman istehsalında istifadə olunub. İndi isə bizim dərmanlarımız heyvan mənşəli deyil, müasir laboratoriyalarda mikroorqanizmlər sa