Bank Of Baku

Rusiyada “Instagram”a giriş məhdudlaşdırılıb - YENİLƏNİB 2 - VİDEO

Rusiyada “Instagram”a giriş məhdudlaşdırılıb - YENİLƏNİB 2  - VİDEO
# 11 mart 2022 22:34 (UTC +04:00)

“Instagram” Rusiyada martın 14-də bloklanacaq.

Roskomnadzor "Instagram"a girişin məhdudlaşdırılmasını martın 14-də başa çatdıracaq.
APA-nın xəbərinə görə, bu barədə qurumun Telegram hesabında məlumat verilib.

Qeyd olunub ki, İnstagrama giriş 14 mart saat 00.00-da tam bloklanacaq. İstifadəçilər sözügedən tarixədək şəxsi məlumatlarını başqa şəbəkəyə daşıya bilərlər.

***

18.25

Roskomnadzor rusiyalılara , o cümlədən hərbi qulluqçulara qarşı zorakılıq hərəkətləri etmək çağırışlarının yayılması ilə əlaqədar Instagram sosial şəbəkəsinə girişi məhdudlaşdırmaq qərarına gəlib. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

“Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi əsasında Rusiya Federasiyasında “Instagram” sosial şəbəkəsinə giriş məhdudladırılacaq”, - deyə Roskomnadzordan bildirib.

***

16:22

Rusiya Baş Prokurorluğu “Instagram”a girişin məhdudlaşdırılması ilə bağlı Roskomnadzor-a sorğu göndərib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, qurum həmçinin məhkəmədən “Meta”nın ekstremist təşkilat kimi tanınmasını və onun Rusiyada fəaliyyətinin qadağan edilməsini xahiş edib.

Öz növbəsində, İstintaq Komitəsi Rusiya Silahlı Qüvvələrinə qarşı zorakılıq çağırışlarına icazə verən şirkətin siyasətinə görə iki maddə ilə cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR