Bank Of Baku

Rusiyada “Instagram”ın analoqu hazırlanıb

Rusiyada “Instagram”ın analoqu hazırlanıb
# 16 mart 2022 12:57 (UTC +04:00)

Rusiyada “Instagram” sosial şəbəkəsinin analoqu hazırlanıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, “Rossgram” adlanan şəbəkənin martın 28-dən istifadəyə veriləcəyi bildirilir.

İnternet-marketoloq Aleksandr Zobov adi istifadəçilər üçün “Rossgram”a girişin 2022-ci ilin aprelində açıq olacağını qeyd edib.

"2022-ci il martın 28-də “Instagram”ın rus analoqu Android və iOS üçün adi funksionallıq və mobil proqramlarla istifadəyə veriləcək. Giriş 2022-ci ilin aprelində adi istifadəçilər üçün açıq olacaq", - o vurğulayıb.

Qeyd edək ki, Rusiyada “Meta” şirkətinə daxil olan “Facebook” və “Instagram” şəbəkələri bloklanıb. Bloklanmaya səbəb isə həmin şəbəkələrdə Rusiya-Ukrayna müharibəsinin əleyhinə təbliğat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR