Bank Of Baku

Rusiyada itkin düşən idmançı qız tapılıb - YENİLƏNİB

Rusiyada itkin düşən idmançı qız tapılıb - YENİLƏNİB
# 29 avqust 2023 22:26 (UTC +04:00)

Moskvada yoxa çıxan fiqurlu konkisürən Alina Qorbaçova ticarət mərkəzlərindən birinin kinoteatrında tapılıb

APA xəbər verir ki, bu barədə Moskva prokurorluğundan məlumat verilib.

***

14.44

Rusiyalı fiqurlu konkisürən Alina Qorbaçova yoxa çıxıb.

APA xəbər verir ki, bu barədə TASS-a 16 yaşlı idmançının anası Yekaterina Qorbaçova bildirib.

O bildirib ki, artıq bu barədə bu müvafiq qurumlara məlumat verilib, qızının axtarışları aparılır.

“Baza” “Telegram” kanalı isə idmançının dünən məşqçi Sofiya Fedçenko ilə mübahisə etdiyini, bundan sonra idman zalını tərk etdiyini yazıb. Onun buzlu arenadan çıxdıqdan sonra şəbəkəyə girmədiyi müəyyənləşib.

Bu gün isə onun əşyaları tapılıb. Hazırda onun əşyalarının tapıldığı ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarış aparırlar. İdmançının boğula biləcəyi də ehtimal edilir.

Qeyd edək ki, Alina Qorbaçova ötən mövsüm Qran-Prisinin finalında altıncı yeri tutub, eyni zamanda ölkə çempionatının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR