1997-ci ildə Rusiyanın Dövlət Dumasının sabiq deputat Mark Qoryaçev oğurlanması işi üzrə şübhəli bilinən şəxs Sankt-Peterburq şəhərində saxlanılıb.
APA xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib.
Onun sözlərinə görə, cinayət əməlləri törətmiş qrupun təşkilatçısı 2021-ci ilin dekabrında saxlanılıb, onun həmkarlarından biri beynəlxalq axtarışa verilib, ikisi isə itkin düşüb.
Volk onu da qeyd edib ki, 1997-ci ildə 42 yaşlı Mark Qoryaçev Sankt-Peterburqda bazarın yaxınlığında zorla maşına mindirilərək Leninqrad vilayətində cinayətin təşkilatçısına məxsus olan bağ evinə aparılıb. Bundan sonra isə onu öldürüb cəsədini Fin körfəzinə atıblar.
İş adamı və “Qoryaçev” konserninin sədri olan Mark Qoryaçev birinci çağırış Dövlət Dumasının deputatı olub.