Bank Of Baku

Rusiyada kömür mədənini qrunt suları basıb, bir nəfər itkin düşüb

Rusiyada kömür mədənini qrunt suları basıb, bir nəfər itkin düşüb
# 15 yanvar 2024 09:39 (UTC +04:00)

Rusiyanın Komi Respublikasında yerləşən "Zapolyarnaya" kömür mədənini qrunt suları basıb.

APA-nın Rusiya bürosu regionun Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Vorkutada şəhərində yerləşən mədəninin bir hissəsi qrunt sularının altında qalıb.

İki şaxtaçının xəsarət aldığı, birinin itkin düşdüyü bildirilib. Qeyd olunub ki, ümumilikdə mədəndə 60 şaxtaçı olub. Onlardan birindən başqa hamı ilə əlaqə var.

Qəzanın 600 metr dərinlikdə baş verdiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR