Bank Of Baku

Rusiyada kömür şaxtasında uçqun baş verib - YENİLƏNİB - VİDEO

Rusiyada kömür şaxtasında uçqun baş verib  - YENİLƏNİB  - VİDEO
# 24 mart 2022 07:56 (UTC +04:00)

Kuzbasdakı “Osinnikov” şaxtasında 1 nəfər dağıntılar altında qalıb.

APA-nın xəbərinə görə, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb. Xidmətdən bildirilib ki, hazırda şaxtaçının axtarışları davam edir.

***

07.41

Rusiyanın Kuzbas kömür hövzəsindəki “Osinnikov” şaxtasında uçqun və qaz ayrılması baş verib.

APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

Qeyd olunur ki, səhər saat 4 radələrində (Bakı vaxtı ilə 05.00) “Osinnikov” şaxtasında uçqun və qaz ayrılması baş verib. Lakin partlayış və yanğın qeydə alınmayıb. 73 şaxtaçı yer səthinə çıxarılıb. 300-dən çox adamın təxliyəsi davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR