Rusiyada son sutka ərzində daha 73 162 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən xəbərinə görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 014 818 nəfərə çatıb.
Son sutka ərzində 668 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 356 949 nəfərə çatıb.