Bank Of Baku

Rusiyada koronavirusa yoluxma həftə ərzində 14,7 faiz azalıb

Rusiyada koronavirusa yoluxma həftə ərzində 14,7 faiz azalıb
# 11 aprel 2022 13:59 (UTC +04:00)

Rusiyada COVID-19-a yoluxma səviyyəsi həftə ərzində 14,7 faiz azalıb.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada hər 100 min nəfərə COVID-19-a yoluxma nisbəti həftə ərzində 14,7 % azalıb.

“Son həftədə əhalinin hər 100 000 nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 13,9 olub və əvvəlki həftə ilə müqayisədə 14,7 faiz azalıb”- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Rusiyada son sutka ərzində koronavirusa 11 855 nəfər yoluxub, 248 nəfər isə bu virusdan ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR