Rusiyada son sutka ərzində daha 58 675 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 140 069 nəfərə çatıb.
Son sutka ərzində 645 nəfərin koronavirusdan öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 358 246 nəfərə çatıb.