Rusiyada koronavirusdan ölənlərin sayı 121 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 121 mini ötüb
# 30 may 2021 12:11 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9694 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 063 442 nəfərə çatıb.

Son sutka ərzində 355 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 121 162 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR