Bank Of Baku

Rusiyada koronavirusdan ölənlərin sayı 132 mini ötüb 

Rusiyada koronavirusdan ölənlərin sayı 132 mini ötüb 
# 25 iyun 2021 12:32 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 20 393 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 5 409 088 nəfərə çatıb.

Son sutka ərzində 601 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 132 064 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR