Bank Of Baku

Rusiyada koronavirusdan ölənlərin sayı 294 mini keçib

Rusiyada koronavirusdan ölənlərin sayı 294 mini keçib
# 16 dekabr 2021 12:44 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 28 486 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 131 646 nəfərə çatıb.

Son sutka ərzində 1 133 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 294 024 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR