Bank Of Baku

Rusiyada koronavirusdan ölənlərin sayı 296 mini ötüb 

Rusiyada koronavirusdan ölənlərin sayı 296 mini ötüb 
# 18 dekabr 2021 12:33 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 27 434 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 186 823 nəfərə çatıb.

Son sutka ərzində 1076 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 296 180 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR