Bank Of Baku

Rusiyada koronavirusun yayılma əmsalı artıb

Rusiyada koronavirusun yayılma əmsalı artıb
# 10 iyul 2022 05:06 (UTC +04:00)

Rusiyada koronavirusun yayılma əmsalı 1,13-ə çatıb ki, bu da ilin əvvəlindən ən yüksək göstəricidir.

APA-nın xəbərinə görə, bu statistikanı TASS tərtib edib. Statistika federal operativ qərargahların açıqladığı rəqəmlər əsasında hazırlanıb.

Ən az yoluxma əmsalı Krasnodar vilayəti (0,81) və Sverdlov vilayətində (0,99) qeydə alınıb.

Ən yuxarı əmsal Peterburq, Samara, Moskva, Rostov şəhərlərində qeydə alınıb. Nijeqorod vilayətində əmsal 1,69-a bərabərdir ki, bu da il ərzində Federasiya üzrə ən yüksək göstəricidir.

Qeyd edək ki, yayılma əmsalı dedikdə 1 xəstənin neçə nəfəri yoluxdura bilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR