Bank Of Baku

Rusiyada kütləvi iğtişaşlara çağırışlara görə cəzalar sərtləşdirilir

Rusiyada kütləvi iğtişaşlara çağırışlara görə cəzalar sərtləşdirilir
# 20 oktyabr 2026 15:29 (UTC +04:00)

Rusiyada kütləvi iğtişaşlara və vətəndaşlara qarşı zorakılığa çağırışlara görə cinayət cəzalarının artırılması barədə qanun layihəsi Dövlət Dumasına təqdim edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Vasili Piskarev bildirib.

Onun sözlərinə görə, qanun layihəsi kütləvi iğtişaşlara çağırışlar internet və ya kütləvi informasiya vasitələri vasitəsilə yayılarsa, altı ilə qədər həbs cəzası nəzərdə tutur.

Deputat qanun layihəsinə əsasən, kütləvi iğtişaşlara, bu cür iğtişaşlarda iştiraka və ya vətəndaşlara qarşı zorakılığa çağırışların dörd ilə qədər həbs cəzası (Cinayət Məcəlləsinin 212-ci maddəsinin 3-cü hissəsi), internet və ya kütləvi informasiya vasitələri vasitəsilə istifadə edildikdə isə altı ilə qədər həbs cəzası (Cinayət Məcəlləsinin 212-ci maddəsinin 3.1-ci hissəsi) ilə cəzalandırılması təklif olunduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR