Bank Of Baku

Rusiyada mədən işçilərini daşıyan avtobus aşıb

Rusiyada mədən işçilərini daşıyan avtobus aşıb
# 06 noyabr 2021 18:37 (UTC +04:00)

Rusiyanın Krasnoyarsk diyarının Severo-Yenisey rayonunda qızıl mədəninin işçilərini daşıyan avtobus aşıb, 20-dən çox insan müayinə üçün xəstəxanaya aparılıb.

APA-nın məlumatına görə, bu barədə RİA "Novosti"yə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib.

"Xidməti avtobusun yoldan çıxması nəticəsində aşıb. İlkin məlumata görə, 23 nəfər müayinə olunmaq üçün tibb müəssisələrinə aparılıb", - mənbə bildirib.

Onun sözlərinə görə, ilkin məlumatlara görə, avtobusda qızıl mədəninin 25 işçisi olub. Qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR