Rusiyanın Kirov vilayətində yerləşən məktəblərin birində baş verə biləcək kütləvi qətliamın qarşısı alınıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Ekstremizmlə mübarizə idarəsinin rəis müavini Vladimir Makarov bildirib.
O deyib ki, şagirdlərdən biri soyuq silah və partlayıcı maddələrdən istifadə etməklə, məktəbə hücum etməyi planlaşdırıb.
Faktla bağlı hələlik başqa məlumat verilmir.