Rusiyada Mərkəz Hərbi Dairəsinə yeni komandan təyin olunub.
APA RBC-ya istinadən xəbər verir ki, bu posta general-leytenant Andrey Mordviçev təyin olunub.
O, general-polkovnik Aleksandr Lapini bu postda əvəz edəcək.
General Mordrviçev bundan əvvəl Mariupol şəhərinin alınmasında iştirak edən 8-ci Orduya rəhbərlik edib.