Bank Of Baku

Rusiyada meşə yanğınlarının sahəsi artır - YENİLƏNİB

Rusiyada meşə yanğınlarının sahəsi artır - YENİLƏNİB
# 30 avqust 2023 08:38 (UTC +04:00)

Gelencikdə yanğının sahəsi 30 hektara çatıb.

APA-nın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.

Agentliyin məlumatına görə, yanğının söndürülməsinə 400-dən çox canlı qüvvə və 70 texnika, o cümlədən 2 helikopter cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, söndürmə işlərinə sürəti 30 m/s-ə çatan güclü külək və mürəkkəb relyef mane olur.

***

01.10

Gelencikdə meşə yanğınlarının sahəsi 5 hektara çatıb, güclü külək yanğının söndürülməsinə mane olur.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Telegram-kanalında bildirib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi Gelencikdəki yanğını söndürmək üçün əlavə qüvvə cəlb edir. 25-30 m/s-ə çatan güclü külək yanğının sürətlə yayılmasına səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR