Son sutkada Rusiyada meşə yanğınlarının sahəsi 12 min hektar genişlənib.
APA-nın xəbərinə görə, bu barədə Rusiya FHN məlumat yayıb.
Qeyd olunur ki, son məlumata görə meşə yanğınlarının sahəsi 109,9 min hektara çatıb. Ötən sutka 473 hektar ərazidə 72 yanğın ocağı söndürülüb. Son saata olan məlumata görə Federasiyada ümumi sahəsi 122 507 hektar olan 117 meşə yanğını ocağı mövcuddur. Ən pis vəziyyət Yakutiyadadır.