Rusiyada ikinci dəfə meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb.
APA -nın Moskva müxbirinin məlumatına görə, yoluxma Sankt-Peterburqda Avropadan qayıdan kişidə aşkarlanıb.
O, xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükənin olmadığı bildirilib.
Qeyd edək ki, Rusiyada meymunçiçəyinə ilk yoluxma halı bu ilin 12 iyul tarixində aşkarlanıb.