Rusiyada miqrantlar arasında cinayətlər artır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev bildirib.
O, miqrantlar arasında cinayətlərin 80%-inin narkotiklərlə bağlı olduğunu vurğulayıb.
Rusiya DİN başçısı nəzarətin gücləndirilməsi ilə bağlı göstərişlər verdiyini də qeyd edib.