Moskva yaxınlığında yerləşən Ruza şəhərində neft ehtiyatları saxlanılan bazada yanğın baş verib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Yanğının söndürülməsinə 4 texnika, 16 nəfərdən ibarət şəxsi heyət cəlb edilib.
Qərargahının mətbuat xidməti yanğının 300 kvadratmetr sahədə lokallaşdırıldığını bildirib.