Bank Of Baku

Rusiyada neft emalı zavoduna bu həftə ikinci dəfə dron hücumu olub

Rusiyada neft emalı zavoduna bu həftə ikinci dəfə dron hücumu olub
# 05 may 2023 10:47 (UTC +04:00)

Rusiyanın Krasnodar diyarındakı İlski neft emalı zavodunun ərazisində bu həftə ikinci dəfə pilotsuz uçuş aparatının hücumu nəticəsində yanğın baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətindən bildirilib.

"Dron İlski neft emalı zavodunun ərazisinə hücum edib, nəticədə 60 kvadratmetr sahədə yanğın baş verib. Hazırda açıq alovun qarşısı alınıb", - deyə məlumatda qeyd olunub.

Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən yanğının söndürüldüyü və fövqəladə hadisə nəticəsində insan tələfatının olmadığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR