Rusiyanın Omsk şəhərində yerləşən "Qazpromneft-ONPZ" neft emalı zavodunda də güclü partlayış baş verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə 112 teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, zavodun AVT-11 qurğusunda güclü partlayış və yanğın olub. Yanğının sahəsi 1000 kvadratmetrdir.
Şahidlərin dediyinə görə, partlayış səsi şəhərin bir neçə yerində eşidilib. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.