Bank Of Baku

Rusiyada orduya çağırışdan yayınan şəxslər sürücülük vəsiqəsi ala bilməyəcəklər

Rusiyada orduya çağırışdan yayınan şəxslər sürücülük vəsiqəsi ala bilməyəcəklər
# 06 iyul 2023 14:05 (UTC +04:00)

Rusiyada orduya çağırışdan yayınan şəxslər sürücülük vəsiqəsi ala bilməyəcəklər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Yol Hərəkətinin Təhlükəsizliyinin təmin edilməsi üzrə Baş İdarəsinin rəisi Mixail Çernikov bildirib.

Onun sözlərinə görə, orduya çağırışdan yayınan şəxslər sürücülük vəsiqəsi əldə etmək üçün olan imtahanı verə bilməyəcəklər.

Çernikov hərbi komissarlığa çağırışla bağlı bildirişə gəlməyən Rusiya Federasiyası vətəndaşlarının həmçinin sürücülük vəsiqələrini dəyişdirə və avtomobilləri qeydiyyatdan keçirə bilməyəcəklərini də söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR