Rusiyanın Çelyabinsk şəhərində orta məktəbdə uşaq çəkiclə sinif yoldaşlarına və müəllimlərinə hücum edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Çelyabinsk vilayəti qubernatoru Aleksey Teksler bildirib.
Onun sözlərinə görə, şagirdlər və müəllimlər arasında yaralananlar var. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları, şəhər meri və Uşaq Hüquqları üzrə Ombudsman hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır.