Rusiyada övladının məktəbdə təhsil almasından imtina edən miqrantların valideyn hüququndan məhrum edilməsi təklif olunub.
APA-nın Moskva müxbirinin məlumatına görə, belə bir təkliflə Rusiya İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev çıxış edib.
O, məktəbdə uşaqların dərs almasından imtina etdiklərinə görə miqrantların valideynlik hüquqlarından məhrum edilməsini təklif edib.
“Miqrant ailəsindən olan ana “mən uşağımın məktəbə getməsini istəmirəm” deyə bilər. Əslində, valideynlərin hüquqları ilə yanaşı vəzifələri də var, onlar övladlarını təhsillə təmin etməlidirlər. Əgər Rusiyada bütün uşaqların təhsil alması qəbul edilirsə, onda onlar da bunu etməlidirlər. Əks təqdirdə, onlar valideynlik hüququndan məhrum edilməlidir", deyə Fadeyev bu barədə Kaluqa vilayətində miqrasiya ilə bağlı keçirilən müşavirənin yekununda bildirib.