Rusiyada koronavirusa qarşı peyvənd olunanlar altı ay müddətinə özünütəcrid rejimindən azad olunur.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyada COVID-19-a qarşı peyvənd olunan şəxslərə bu virusun daşıyıcıları ilə təmasda olduqdan sonra özünütəcrid rejiminə keçməməyə icazə verilir.
Özünütəcrid rejimindən azad olunma koronavirusa peyvənd olunandan sonra 6 ay müddətində mümkündür. Bununla belə, həmin şəxsin koronavirus simptomları olmamalıdır.