Bank Of Baku

Rusiyada pirotexnika anbarında partlayışda 12 nəfər itkin düşüb - YENİLƏNİB-1

Rusiyada pirotexnika anbarında partlayışda 12 nəfər itkin düşüb - YENİLƏNİB-1
# 10 avqust 2023 13:06 (UTC +04:00)

Rusiyada pirotexnika anbarında baş vermiş partlayışda əlavə 3 nəfərin itkin düşməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi təsdiqləyib.

Qeyd edək ki, Rusiyanın Sergiyev Posad şəhərində (Moskva vilayəti) zavodun ərazisində baş vermiş partlayışdan sonra 9 nəfərin taleyinin naməlum olduğu bildirilmişdi. Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi partlayışda daha 3 nəfərin itkin düşməsi xəbərini təsdiqləyib.

Xatırladaq ki, dünən Sergiyev Posad şəhərində “Piro-Ross” pirotexnika şirkətinin anbarında partlayış baş verib. Partlayış nəticəsində 60 nəfər yaralanıb, yaralananların arasında 1 qadın xəstəxanada ölüb, daha beş nəfərin vəziyyəti ağır qiymətləndirilib.

Hacı Cavadov

***

10:05

Rusiyanın Sergiyev Posad şəhərində (Moskva vilayəti) zavodun ərazisində partlayışdan sonra 12 nəfərin taleyi naməlumdur.

APA xəbər verir ki, bu barədə TASS-a xilasetmə xidmətindən bildirilib.

Bundan əvvəl 9 nəfərin itkin düşmüş sayıldığı açıqlanmışdı.

Dəqiqləşdirmə aparılandan sonra məlum olub ki, partlayışdan sonra itkin düşənlərin sayı 12-dir.

Axtarışlar davam etdirilir.

Qeyd edək ki, avqustun 9-da Sergiyev Posad şəhərində “Piro-Ross” pirotexnika şirkətinin anbarında partlayış baş verib.

Zaqorsk Optik-Mexanika Zavodunun ərazisində yerləşən, lakin zavoda aid olmayan şirkətin anbarında partlayış nəticəsində 60 nəfər yaralanıb. Partlayışda yaralanmış qadın xəstəxanada ölüb, daha beş nəfərin vəziyyəti ağırdır.

Partlayışa texnoloji prosesin pozulmasının səbəb olduğu bildirilir. Partlayışın pilotsuz uçaq aparat tərəfindən törədildiyi versiyası təsdiqlənməyib.

***

04.26

Rusiyanın Sergiev Posad şəhərindəki (Moskva vilayəti) zavodda baş verən partlayışdan sonra 9 nəfər itkin düşmüş hesab olunur.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın fövqəladə hallar xidməti məlumat yayıb.

“Hazırda zərərçəkənlərin sayı 60-a çatıb. 9 nəfərin taleyi məlum deyil”, - mənbə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR