Bank Of Baku

Rusiyada pirotexnika anbarında partlayışda itkin sayılan 4 nəfər sağ tapılıb

Rusiyada pirotexnika anbarında partlayışda itkin sayılan 4 nəfər sağ tapılıb
# 11 avqust 2023 10:34 (UTC +04:00)

Rusiyada pirotexnika anbarında partlayış zamanı itkin düşən 4 nəfər sağ tapılıb.

APA xəbər verir ki, bu barədə Rusiya FHN mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, hazırda səkkiz nəfərin taleyi naməlum olaraq qalır.

Xatırladaq ki, avqustun 9-da Rusiyanın Sergiev Posad şəhərində (Moskva vilayəti) “Piro-Ross” pirotexnika şirkətinin anbarında partlayış baş verib.

Partlayış nəticəsində 80 nəfər yaralanıb, 15 nəfər xəstəxanaya yerləşdirilib.

Yaralananların arasında 1 qadın xəstəxanada ölüb, daha beş nəfərin vəziyyəti ağır qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR