Rusiya Federasiyasının İnquşetiya Respublikasında martın 28-də yol polisi postuna hücum edən silahlıllara qarşı əməliyyat keçirilib.
APA xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Hücuma görə axtarışda olan silahlıların olduğu yer müəyyən edilib.
Onlara qarşı keçirilən əməliyyat nəticəsində 3 polis əməkdaşı həlak olub, daha 7 nəfər yaralanıb.
Daha sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri, Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyasının dəstəyi ilə Maloqbek rayonunun Zyazikov-Yurt kəndindəki evlərdən biri mühasirəyə alınıb.
Atışma bütün gecə davam edib.
Əməliyyat zamanı yüksək rütbəli rayon polis zabiti və Daxili İşlər Nazirliyinin ezam olunmuş əməkdaşları öldürülüb.
Atışma dayansa da yraqlılar tərksilah edilməyib.