Bank Of Baku

Rusiyada polis idarəsi PUA hücumuna məruz qalıb

Rusiyada polis idarəsi PUA hücumuna məruz qalıb
# 31 iyul 2023 01:52 (UTC +04:00)

Hadisə şahidləri Bryansk vilayətinin Trubçevsk şəhərində polis idarəsində partlayış baş verdiyini bildiriblər.

APA-nın məlumatına görə, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, binaya pilotsuz uçuş aparatı (PUA) çırpılıb.

“Binanın damı zədələnib, altı pəncərə sınıb”, – nəşr yazır.

Kanalın məlumatına görə, ölən və xəsarət alan olmayıb.

Hazırda binanın ətrafındakı yollar bağlanıb, hadisə yerində əməliyyat qrupu işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR