Bank Of Baku

Rusiyada prezidentliyə namizədliyini irəli sürənlərin sayı 33 nəfərə çatıb

Rusiyada prezidentliyə namizədliyini irəli sürənlərin sayı 33 nəfərə çatıb
# 28 dekabr 2023 12:38 (UTC +04:00)

Rusiya Federasiyasının prezidentliyinə namizədliyini irəli sürmək üçün müraciət edənlərin sayı 33 nəfər təşkil edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib.

MSK rəhbəri qeyd edib ki, bu günə olan məlumata görə, prezident seçkilərində 9 namizəd partiyalar tərəfindən, 24 nəfər isə müstəqil namizəd kimi seçkilərdə iştirak etmək niyyətindədir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn il martın 17-də keçiriləcək. Rusiyalı seçicilər martın 15-dən başlayaraq üç gün müddətimdə səsvermədə iştirak edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR