Bank Of Baku

Rusiyada PUA hücumu nəticəsində 6 nəfər ölüb, 40 yaralı var - YENİLƏNİB

Rusiyada PUA hücumu nəticəsində 6 nəfər ölüb, 40 yaralı var - YENİLƏNİB
# 03 avqust 2026 15:53 (UTC +04:00)

Rusiyanın Gelencik şəhərində Ukrayna məxsus pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Rusiya mediasının məlumatına görə, ölənlərdən 3-ü uşaqdır.

Hadisə nəticəsində xəsarət alanların sayı isə 40 nəfərə yüksəlib.

***

12:46

Rusiyanın Krasnodar diyarının Gelencik şəhərinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 3 nəfər ölüb, 13 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat yayıb.

Onun sözlərinə görə, ən ağır nəticələr Gelencik yaxınlığındakı Arxipo-Osipovka kəndində qeydə alınıb. PUA hücumu zamanı mülki infrastruktura ziyan dəyib, azı 3 nəfər ölüb, 13 nəfər, o cümlədən uşaqlar xəsarət alıb. Yaralılara zəruri tibbi yardım göstərilib.

Rusiya Fövqəladə Hallar xidmətləri hadisə yerində çalışır, zərərin həcmi dəqiqləşdirilir. Hücumun Ukrayna tərəfindən həyata keçirildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR